Bu hadisələrə görə vətəndaşlara ödənişlər verilir - RƏSMİ
Aqrar sektorun risklərə daha açıq olduğu bir dövrdə fermerlərin sığorta mexanizmlərinə marağı artmaqda davam edir.
BAKU.WS-in məlumatına görə, 2025-ci il ərzində Aqrar Sığorta Fondunun fəaliyyətinə dair rəqəmlər də bunu təsdiqləyir.
Fondun həmin il ərzində ödədiyi ümumi sığorta məbləği və ən çox ödəniş edilən risklərin siyahısı aqrar sahədə hansı problemlərin daha çox yaşandığını göstərən mühüm göstəricilərdən biridir. Bu məlumatlar həm kənd təsərrüfatı istehsalçıları, həm də Aqrar Sığorta sisteminin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Bəs 2025-ci ildə Fondun ödədiyi ümumi sığorta ödənişinin məbləği nə qədər olub? Ən çox ödənişlər hansı səbəblərə görə ödənilir?
Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli BAKU.WS-ə bildirib ki, cari ildə ilkin tənzimlənən 5,2 milyon manat zərər ödənilir:
"Ödənişlər hissə-hissə həyata keçirilir. Çünki sığorta müqaviləsi bitəndən sonra yeddi iş günü ərzində fermer tərəfindən müvafiq sənəd təqdim olunur və hadisənin təsbit olunması ilə bağlı müvafiq icra orqanlarına sorğu ünvanlanır. Həmin sorğu cavab gəldikdən sonra yeddi iş günü ödənişlər həyata keçirilir.
Hazırda 3 milyon manata yaxın ödənişlər təqdim olunub. Digər 2,5 milyon manat isə fermerlərdən müvafiq sənəd təqdim olunduqca ödənilər həyata keçiriləcək.
Fermerlərin üzləşdiyi ən böyük problem dolu hadisəsi olub. Ağcabədi, Ağdam və Tərtərdə bu hadisəsilər baş verib. Eyni zamanda daha çox şaxtavurma və fırtına hadisələri də qeydə alınıb. Bu hadisələrə görə fermerlərə ödənişlər təqdim edilib.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında Xaçmaz rayonunda böyük sel-subasma hadisələri baş verib və bir çox bağlar zərər görüb. Həmin hadisələrə görə də fermerlərə ödənişlər edilib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT - Yalnız yarısını ödəyəcəklər
Azərbaycanda meyvə bağlarını təbiətin sərt sürprizlərindən qorumaq üçün yeni mövsümə start verilib. BAKU.WS-in məlumatına görə, fermerlər bağlarını dolu, qasırğ...