Xalq artistinə qarşı dələduzluq edildi

Xalq artistinə qarşı dələduzluq edildi
Video
Şou-biznes 19

Xalq artisti Mehriban Zəkiyə qarşı dələduzluq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə o sosial şəbəkədə bildirib .

Aktrisa qeyd edib ki, özünü "Kapital bank"ın əməkdaşı kimi təqdim edən şəxs ondan kartının kodunu istəyib. Lakin Mehriban Zəki bunu dələduzluq olduğunu bildib və kartının nömrəsini verməyib:

"Bunu qalmaqal üçün yox, "Kapital bank" müşətirlərinin məlumatlı olması üçün paylaşıram. Yaşlı, pensiya alan insanlar məlumatsızdılar. Bankın əməkdaşı adı ilə mənə zəng ediblər. Mən onlara heç bir kart kodu vermədim. Bu nömrələrdən gələn zəngə qarşı diqqətli olun. Həmin bank əməkdaşlarına zəng etdim və nömrələri yönləndirdim. Bildirdilər ki, onlar müştəriyə heç vaxt vatsapda zəng etmirlər. Süni intellektlə dəyişilmiş səs idi. Başa düşdüm ki, dələduzluqdur".

Son xəbərlər