"Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub

Birliyin Gücü - 2026: Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub
Foto Video
Siyasət 17

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirak edəcəyi "Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xocavənd rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür təlimlərin ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın təmin edilməsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı tərəfindən konsert proqramı təqdim edilib.

Son xəbərlər