"SOCAR Polymer" ixrac gəlirlərini 2 %-dən çox artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 223,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 2,1 % çoxdur.
Xatırladaq ki, 10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...