"20 Yanvar" dairəsində yaranan sıxlıq aradan qaldırılıb
Bakıda avtomobilin yükünün yola dağılması nəticəsində yaranan tıxac aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.
Hazırda Bakı-Sumqayıt şosesi, "20 Yanar" metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindın dairədə olan svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilir.
***22:23
Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi "20 Yanvar" metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Evlərdən oğurluq edən kişi və qadın saxlanıldı
Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib. BAKU.WS xəbər verir ki, mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 200...