Növbəti köç karvanı Qırmızı Bazara çatıb, açarlar təqdim edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bu köçlə qəsəbəyə qayıdan ailələrin sayı 67-yə (254 nəfər) çatıb.
*** 13:36
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə qəsəbəyə 16 ailə (55 nəfər) köçürülüb.
*** 12:58
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə (55 nəfər) köçürülür.
Qırmızı Bazara köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla qəsəbəyə köçürülən ailələrin sayı 67-yə (254 nəfər) çatacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...