"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

Məktəbli avtobusu nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ
Video
Sosial 141

"2025-2026-cı tədris ilindən etibarən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

Nazirin sözlərinə görə, layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə tətbiq ediləcək. Hansı məktəbləri əhatə edəcəyi isə hələlik məlum deyil. Pilot layihənin əsas məqsədi yol-nəqliyyat sistemində sıxlığın aradan qaldırılmasına töhfə verməkdir.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, layihənin tətbiqi üçün nəqliyyat infrastrukturu yaxşılaşdırılmalı, məktəblərin qarşısında xüsusi avtobus zolaqları salınmaldır.

"Əksər şagirdlərin təhsil aldığı müəssisə ilə yaşadığı yer arasında məsafə çoxdur. Belə olan halda artıq məktəbli avtobusu ilə daşıma daha münasibdir. Bir çox ölkələrdə bu təcrübə var və iki üsuldan istifadə olunur: ünvandan daşıma və toplantı məntəqəsindən daşıma. Eyni ərazidə yaşayan şagirdlər üçün müəyyən bir məntəqə ayrıla bilər. Deyilən vaxtda şagirdlər toplanır və onların daşınması məktəbli avtobusu vasitəsilə həyata keçirilir", - deyə o bildirib.

Qeyd edək ki, layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında əksini tapıb.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Sosial şəbəkə hesablarınız oğurlana bilər

Sosial şəbəkə hesablarınız oğurlana bilər

"Hörmətli abunəçi balansınız sıfra yaxınlaşır". Yəqin ki, bu tip mesajlarla hamımız qarşılaşırıq. Məsələ burasındadır ki, müəyyən müddət ərzində telefon nömrəmi...

43 Sosial 23:36 15 aprel 2025

Son xəbərlər