Məktəb qarşısında tıxac təhlükəsi – Valideynlərə XƏBƏRDARLIQ

Yeni tədris ilinin başlanması ilə paytaxtın küçə və prospektlərində, xüsusilə də məktəblərin yerləşdiyi ərazilərdə sıxlıq və tıxacların yaranacağı gözlənilir.
BAKU.WS-in məlumatına görə, şagirdlərin məktəbə gətirilməsi və aparılması zamanı fərdi nəqliyyat vasitələrinin çoxalması yollarda hərəkət intensivliyini artıracaq.
Eyni zamanda bəzi sürücülər təhsil ocaqlarının qarşısında avtomobillərini düzgün park etməmək və dayanma-durma qayalarına riayət tməklə tıxacların yaranmasına səbbə olurlar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında sürücülərə müraciət edib:

"Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.
Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik".
Orxan Hüseyn
Oxşar xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib. BAKU.WS xəbər verir ki, Prezident İlham...
