MIDA Hövsanda yeni yaşayış kompleksi inşa edəcək
14
sen
2020
09:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA" MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BAKU.WS vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").
Qalib şirkətə 637,6 min manat ödəniləcək.
Oxşar xəbərlər
Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - TARİX AÇIQLANDI
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 sa...