Məcburi köçkün tələbələrə ŞAD XƏBƏR: Təhsil haqqlarının ödəniş qaydası ilə bağlı rəsmi açıqlama
Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər.
BAKU.WS xəbər verir ki, bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O qeyd edib ki, bir sıra KİV-lərdə məcburi köçkün tələbələrin təhsil haqqından azad olunmasının ləğvi barədə yazılanlar həqiqətə uyğun deyil:
"Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub. Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlanlar yalanadır”.
BAKU.WS
Oxşar xəbərlər
Təhsil Nazirliyindən mühüm addım: Bu tələbələr təhsil haqqından azad edildi
Özəl və dövlət universitetlərində təhsil alan 1-ci və 2-ci qrup əlil tələbələr təhsil haqqından azad edilib. BAKU.WS xəbər verir ki, bu barədə təhsil eksperti...