Valideynlərini itirmiş uşaqların təhsil haqqısı pulsuz olacaq?

Valideynlərini itirmiş uşaqların təhsil haqqısı pulsuz olacaq?
Sosial 1274

 

Hesablama Palatası Nazirlər Kabinetinə Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqının ödənilməsi ilə bağlı məsələyə yenidən baxmağı tövsiyə edir. 

BAKU.WS "Trend”ə istinadən məlumat verir ki, bu barədə Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərdə bildirilir. 

Hesablama Palatası bildirir ki, ali təhsil müəssisələrində təhsil alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi "Təhsil haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarla tənzimlənir. Lakin göstərilən qanunlar arasında, habelə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunun bəndləri arasında müəyyən fərqlər mövcuddur. 

Belə ki, "Təhsil haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların social müdafiəsi haqqında" qanunlara görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Eyni zamanda "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə, "18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər" nəzərdə tutulur. Audit tədbirləri nəticəsində müəyyən edilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla qiyabi təhsil alan və ödənişli əsaslarla əyani təhsil alan, yaşı 23-dən çox olan tələbələr də təhsil haqqından azad edilmələri ilə əlaqədar təhsil müəssisələri qarşısında məsələ qaldırırlar. 

Qeyd olunan qanunlarda eyni mövqeyə fərqli yanaşma vətəndaşlarla təhsil müəssisələri arasında müəyyən problemlər yaradır. Bunları nəzərə alaraq, Hesablama Palatası göstərilən normativ-hüquqi sənədlər arasındakı müvafiq fərqlərin aradan qaldırılması məsələsinə baxılmasını tövsiyə edir.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev maaşların artırılması ilə bağlı sərəncam verdi

İlham Əliyev maaşların artırılması ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam verib. BAKU.WS-in...

6985 İqtisadiyyat 16:13 01 mart 2016

Son xəbərlər