İstedadlı uşaqların məktəbə qəbulunun vaxtı açıqlandı
Hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır.
BAKU.WS bildirir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən aparılır. Nazirlikdən qeyd olunub ki, uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir.
Məlumatda əlavə edilib ki, bununla belə, müəyyən hallarla əlaqədar Bakı şəhəri üzrə ərizələrin qəbulu və uşaqların seçim vaxtında dəyişiklik ola bilər.
BAKU.WS
Oxşar xəbərlər
Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT
Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...