Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqları ilə bağlı qərar verildi
30
dek
2016
10:59
Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.
APA-nın məlumatına görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edilib.
BAKU.WS
Oxşar xəbərlər
Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar
İşğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dö...