Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir - VİDEO
29
may
2020
18:18
“İctimai-iaşə müəssisələrində, qapalı yerlərdə, ictimai nəqliyyatda tənəffüs üzvlərini qoruyan maskalardan istifadə, sosial məsafənin qorunması məcburidir ”.
BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O əlavə edib ki, yumşalmalar olduqca tələblər də sərtləşəcək: “Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclsdədir".
Oxşar xəbərlər
Yaxın günlərdə toy etmək istəyənlərə pis xəbər - Operativ qərargahdan açıqlama
"Azərbaycanda iyun ayında toyların keçirilməsi məqbul hesab olunmur". BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qə...