Operativ Qərargah karantin rejiminin uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını açıqladı - VİDEO

Operativ Qərargah karantin rejiminin uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını açıqladı - VİDEO
Video
Sosial 4867

"Operativ Qərargahın ümumi rəy bundan ibarətdir ki, yaranmış situasiya Azərbaycanda karantin rejiminin sərtləşdirilməsinə əsas vermir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüşlər olsa da, Operativ Qərargah ölkədə sərtləşməyə qayıtmağı zəruri saymır.

İbrahim Məmmədov həmçinin bildirib ki, hazırkı vəziyyətdə karantin rejimin yumşaldılması yaxud ləğv edilməsi də mümkün deyil.

->

Son xəbərlər