Xaricdən Azərbaycana gətirilən vətəndaşların statistikası açıqlandı - RƏSMİ
"İran-Azərbaycan quru sərhədi vasitəsilə 94 nəfər Azərbaycan vətəndaşının 5 may tarixinə ölkəmizə keçidi təmin olunmuşdur".
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, İstanbul-Bakı istiqaməti üzrə 7 may tarixində 2 ardıcıl çarter reysi həyata keçirilib: "Bu çərçivədə 212 vətəndaşın ölkəyə gətirilməsi təmin olunub. 8 mayda Daşkənd-Bakı istiqamətindən isə 50 nəfər ölkəyə gətirilib. 11 mayda Riqa-Bakı istiqaməti üzrə 52 nəfər Azərbaycan vətəndaşı Baltikyanı regionundan ölkəmizə qayıda bilib".
Hikmət Hacıyev həmçinin bildirib ki, 12 may tarixində Minsk-Bakı reysilə 124 Azərbaycan vətəndaşının ölkəyə qayıtması təşkil olunub.
Oxşar xəbərlər
Təyyarə reysləri açılacaqmı? - RƏSMİ AÇIQLAMA
“Digər ölkələrdəki Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu müraciətlərin sayından asılı...