Azərbaycan reklamçıları Prezident İlham Əliyevə müraciət ünvanladılar

Azərbaycan reklamçıları Prezident İlham Əliyevə müraciət ünvanladılar
Sosial 302

Dünyada sürətlə yayılan koronavirus pandemiyasının dünya ölkələrinin iqtisadiyyatına göstərdiyi zərərli təsir reklam bazarından da yan keçməyib. Reklam şirkətləri bir sıra çətinliklərlə üzləşiblər və reklam bazarının gələcək taleyi onları ciddi şəkildə düşündürməkdədir. Bu səbəbdən Azərbaycan reklamçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Həmin müraciətin bir nüsxəsi də redaksiyamıza daxil olub.

Marketinq Peşəkarları İctimai Birliyi, PeopleBrand marketinq agentliyi, YelloAD marketinq agentliyi, Endorphin reklam agentliyi, Admedia reklam agentliyi, AA&M reklam agentliyi və ölkəmizdə faliyyət göstərən digər aparıcı reklam şirkətləri tərəfindən edilən müraciətdə ilk olaraq ölkə əhalisini, eləcə də, ölkəmizdə təşəkkül tapmış biznes mühitini düşünərək atdığı operativ addımlara və yüksək diqqətinə görə dövlət başçısına minnətdarlıq ifadə edilir:

“Hazırda dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Dünyanın nəhəng dövlətləri belə bu bəlanın qarşısında aciz qalıb. Ancaq Siz ilk gündən bu problemə qarşı yüksək uzaqgörənlik nümayiş etdirərək tədbirlər görülməsini tapşırdınız. Nəticələrin ölkəmiz üçün uğurlu olacağına inanırıq.

Siz öz çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, ölkə əhalisinin sağlamlığı və rifahı ən vacib məsələlərdir. Ona görə də sahibkarlara şəffaf çalışmağı və işçi ixtisarına getməməyi tövsiyə etmisiniz. Bu ağır dönəmdə dövlətin sahibkarların yanında olması, onları dəstəkləməsi üçün verdiyiniz tapşırıqlar bizdə də yüksək məsuliyyət yaradır”.

Müraciətdə reklam sahəsinin iqtisadi proseslərə qarşı ən həssas sahələrdən biri və olduqca geniş fəaliyyət istiqamətlərinə malik olduğu qeyd edilməklə bildirilir ki, marketinq strategiyalarının yaradılması, dizayn xidmətləri, digital xidmətlər, reklam konstruksiyalarının və müxtəlif çap məhsullarının istehsalı, PR xidmətləri, media xidmətləri, tədbirlərin təşkili üzrə xidmətlər və s. sözügedən sektorun əhatə dairəsindədir.

Bir tərəfdən sektordakı şirkətlərin böyük əksəriyyətinin kiçik və mikro sahibkarlıq subyektləri olması, digər tərəfdən də reklam biznesinin digər bizneslərdən asılı olması səbəbindən ölkənin iqtisadi həyatında ən cüzi dəyişikliklər belə ona təsir göstərir.

Müraciətdə qeyd olunur ki, hazırkı şəraitdə sektorun üzləşdiriyi problemlər aşağıdakılarla əlaqədardır:

1. Pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimində bir çox xarici və yerli şirkətlərin fəaliyyət göstərməməsi və ya məhdud şəkildə fəaliyyət göstərməsi, əhalinin və nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, alış-veriş məkanlarının, qeyri-ərzaq mağazalarının bağlanması xidmət və alıcılıq qabiliyyətini aşağı salmış və reklam sektorundakı fəallığı hədsiz dərəcədə azaltmışdır. Reklam agentliklərinin çoxu, demək olar ki, fəaliyyət göstərmir. Çünki onların gəlirinin formalaşdığı tək bir mənbə var: reklamverənlərin verdiyi reklamlar. İndi artıq bu mənbə, demək olar ki, yoxdur.

2. İqtisadi aktivliyin zəiflədiyi mövcud şəraitdə müştərilərinin bir qismi öz maliyyə öhdəliklərini yerinə yetirə bilmədiklərindən yaranan maliyyə kəsirləri sektordakı şirkətləri də zəiflədir.

3. Sahəyə aid olan və istehsalla məşğul olan şirkətlərin fəaliyyəti məhdudlaşdırılıb. Çünki onların fəaliyyət istiqamətinin adı Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən fəaliyyətinə icazə verilən sahələrin siyahısında əks olunmayıb.

4. Belə sınaqlı günlərdə bizim qarşımızda duran əsas məsələ əməkdaşlarımızı işdə saxlaya bilmək, onların maaşlarını vaxtlı-vaxtında ödəməkdir. Şirkətlər fəaliyyət göstərməsə də, və ya məhdud şəkildə fəaliyyət göstərsə də dövlətimizin tutduğu xətti dəstəkləyərək bu addımı atmaq əzmindədirlər.

5. Reklam agentliklərinin xərclərində ən böyük çəki əməkhaqqı fondu ilə birlikdə həm də, DSMF-na ödənişlərin və icarə ödənişlərinin payına düşür. Ofislər, demək olar ki, boş qalsa da icarə haqları ödənilməlidir.

Müraciəti imzalayan şirkət rəhbərləri hesab edir ki, hazırda ölkə iqtisadiyyatının ən ağır vəziyyətdəki sektorlarından biri olan reklam sektorunu qorumaq, onun keyfiyyətli kadrlardan məhrum olmadan böhrandan çıxmasını təmin etmək post-koronavirus dövründə ölkə iqtisadiyyatının dinamik inkişafına böyük töhfələr verəcək:

“Belə ki, şirkətlərimiz iqtisadi canlanmanın baş verəcəyi post-koronavirus dövründə həm keyfiyyətli reklam üçün ölkə xaricinə üz tutmağa məcbur qalmayacaq, həm də ölkəmizin reklam sektoru elə iqtisadi canlanmanın özünün lokomotivi roluna çıxış edə biləcəkdir.

Buna görə də Sizdən reklam sektoruna dəstək olunması üçün aşağıdakıları xahiş edirik:

1. Reklam sektorunun iqtisadiyyatın ən çox zərər görən sektorları siyahısına daxil edilməsini. Bununla da dövlətin qayğı göstərdiyi sektorlar siyahısına salınmasını;

2. Sektor məşğulluğun təmin olunmasına ciddi töhfə verdiyindən bu sektorun belə ağır bir dönəmdə maddi yükünü azaltmaq üçün reklam şirkətlərinin DSMF ödənişlərindən 01 mart 2020-ci il tarixindən ilin sonunadək azad olunmasını;

3. Reklam sektoru ilə əlaqəli istehsal sahələrinin fəaliyyətinə məhdud səviyyədə də olsa Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən fəaliyyətinə icazə verilən sahələr siyahısına daxil edilməsini;

4. Hal-hazırki və post-koronavirus dövründə bu sahənin dayanaqlığını təmin etmək vasitəsi kimi, bu sektorun ƏDV ödəyicisi olan şirkətlərinə ƏDV-dən və mənfəətdən vergisindən əlavə güzəştlərin verilməsini (“0” dərəcə ilə vergiyə cəlb edilmə və ya daha aşağı ƏDV faizinin müəyyən edilməsi, mənfəətdən vergisindən 50% güzəşt verilməsi);

5. Sektordakı şirkətlərə dövlət tərəfindən imkan daxilində birdəfəlik maddi yardım dəstəyini, bu sahənin şirkətlərinin mövcud kredit borclarının ödənilməsinə tətil verilməsini;

6. Sektordakı şirkətlərə girovsuz və aşağı faiz dərəcələri ilə güzəştli kredit xəttinin açılmasını;

7.Sektora qayğı baxımından atılması mümkün hesab olunan digər addımların atılmasını xahiş edirik.

Sektoru təmsil edən şirkətlər olaraq biz də öz intellektual və əmək resurslarımızla dövlətimizin pandemiyaya qarşı apardığı mübarizədə ona dəstək olacağımızı, bu istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əməkdaşlıq şəraitində çalışmağa hazır olduğumuzu bəyan edirik!

Diqqətiniz və qayğınız üçün öncədən təşəkkür edirik!”

Müraciəti imzalayan şirkətlərin siyahısını diqqətinizə çatdırırıq:

Marketinq Peşəkarları İctimai Birliyi

İH sədri Bayramov N.L.

həmçinin,

PeopleBrand marketinq agentliyi

Direktor Quluzadə E.F

həmçinin,

YelloAD marketinq agentliyi

Direktor Nəcəfov A.R

həmçinin,

Endorphin reklam agentliyi

Direktor Kərimov O.Y

həmçinin,

Admedia reklam agentliyi

Direktor Məmmdov S.Ə

həmçinin,

AA&M reklam agentliyi

Direktor Şahməmmədli M.Ş

həmçinin,

Laboratoriya PR agentliyi

Direktor Yaqubova A.Y

həmçinin,

TradeMark LeoBurnett reklam agentliyi

Direktor Fətullayev A.D

həmçinin,

Morpho marketiq agentliyi

Direktor Balakişiyev F.M

həmçinin,

Digitello reklam agentliyi

Direktor Mustafayev A.O

həmçinin,

Artmood kreativ agentliyi

Direktor Mütəllimova Ü.

həmçinin,

Meteor reklam agentliyi

Direktor Həsənov R.E

həmçinin,

Paradox dizayn studiyası

Baş Direktor Ramazanov Ş.S

həmçinin,

İmpler reklam agentliyi

Direktor Mirzə İ.K

həmçinin,

Gravity Inc. reklam agentliyi

Direktor Əlizadə T. S

həmçinin,

Promoline Advertising

Direktor Səfərov F.

həmçinin,

DePromo Advertising

Direktor Mahmudov A.

həmçinin,

Vitam reklam şirkəti

Direktor Əliyev T.

həmçinin,

Minicards Azerbaijan

Direktor Qasımov A.

həmçinin,

Greenlight Group

Direktor Yasinov E.E

həmçinin,

Smart Group

Direktor Hüseynova S.

həmçinin,

Mediamark Agentliyi

Direktor Rzayev O.

həmçinin,

New Media

Direktor Davudov R.

həmçinin,

Shamans

Direktor Yusifov O.

həmçinin,

Uptime marketinq agentliyi

Direktor Vəliyev C.

həmçinin,

Keepface

Direktor Abbasov V.

həmçinin,

Fil Agnecy

Direktor Cəbrayılova A.N

həmçinin,

Mc Cann Baku

Direktor Yusifov G.

həmçinin,

Universal Mc Cann Azərbaycan

Direktor Sultanova İ.

həmçinin,

BrandUP

Direktor İsmayılov T.

həmçinin,

Havas Media Azerbaycan

Direktor İsmayılov Z.

həmçinin,

Propaganda

Direktor Aşirov E.H

həmçinin,

Ronin Agency

Direktor Səlimbəyov A.

həmçinin,

Marcom Marketinq və Kommunikasiyalar Şirkəti

Direktor Kərimov T.A

Oxşar xəbərlər

Son xəbərlər