Maska qadağası aradan qaldırılır? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Buster doza vurulduqdan sonra vaksin sertifikatı müddətsiz olur. Ola bilsin ki, gələcəkdə bu dozanın tətbiqindən sonra da hansısa müddətli məhdudiyyətlər tətbiq edilsin. Amma hazırda müddətsizdir. Bu gün bütün dünyada sürətlə yayılan COVID-19 növünün mövcud olduğu dövrdə tibbi maskalardan istifadə ilə bağlı qadağaların aradan qaldırılması gündəmdə deyil. Tam əksinə maskadan istifadə önəmlidir”.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə maska qadağası ilə bağlı verilən sualı cavablandırarkən deyib.
Oxşar xəbərlər
COVID sertifikatının hansı qaydada veriləcəyi müəyyənləşdi
Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yol...