İlham Əliyev təsdiq etdi: buna görə 10 manat cərimə tətbiq ediləcək

İlham Əliyev təsdiq etdi: buna görə 10 manat cərimə tətbiq ediləcək
Sosial 28217

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir. 

Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir. 

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə edilir. 

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Bunu etsəz, 1000 manat cərimələnəcəksiz

Bunu etsəz, 1000 manat cərimələnəcəksiz

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi b...

8140 Sosial 09:38 04 fevral 2017

Son xəbərlər