Sürücülər DİQQƏT - cərimələnə bilərsiniz - VİDEO

Sürücülər DİQQƏT - cərimələnə bilərsiniz - VİDEO
Video
Şou-biznes 1104

Parkomat olan ərazilərin çoxunda ən çox rast gəlinən problem ya avtomobili qoyub düzgün ödəniş etməmək, yada ümumiyyətlə ödəniş etmədən sutkalarla maşını orda saxlayıb getməklə bağlı olur. Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar. Bununla bağlı millət vəkilləri yeni layihə hazırlayıblar.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, belə problemlərin qarşısını almaq üçün yeni bir mexanizim hazırlanır. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Belə halların baş verməsində iştirak edən hər kəs cəzalandırılacaq. Bunun üçün cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Bundan başqa, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.

Amma 24 saat ərzində park edilən ərazilər siyahısında bəzi istisnalar var.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BAKU.WS

Son xəbərlər