Sürücülərə pis xəbər: bunları edənlər cərimələnəcək
Azərbaycanda avtomobilləri parketmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı "əlil" adından qanunsuz istifadəyə görə cəzalar tətbiq etmək təklif olunur.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirə edilib.
Əlavəyə əsasən, "əlil" tanınma nişanından qanunsuz istifadə edilməsinə görə 40 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulur.
Nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat cərimə tətbiq olunur.
Bundan başqa, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunur. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Taksilərlə bağlı yeni qadağalar - 50 manat cərimə
Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitə...