Taksilərlə bağlı yeni qadağalar - 50 manat cərimə
05
dek
2016
11:59
Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Buna görə, 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan bu işçilərin iş saatı azaldılır
Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik edilir. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Milli Məcl...