İlham Əliyev: “Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100%-ə çatıb”

İlham Əliyev: “Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100%-ə çatıb”
Sosial 565

“Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi”.

BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

“Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100%-ə çatıb. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin.

Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Biz bunu da həll edəcəyik. Bakı-Sumqayıt qatarı artıq fəaliyyət göstərir. Özü də dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan ikimərtəbəli, çox rahat “Stadler” vaqonlarıdır. Verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildi. Yəni, bütün bu işlər planlı şəkildə həyata keçirilir”, - deyə o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, şəhərin kommunal təsərrüfatı yenilənib: “Lift təsərrüfatının təqribən 80%-i yenilənib. Sumqayıtda 1 300-dən çox hündürmərtəbəli binanın təxminən mininin artıq dam örtüyü vurulubdur və qalan binaların da dam örtükləri vurulacaq. “ASAN xidmət” mərkəzi yaradılıb. İndi göstəriş vermişəm ki, ikinci “ASAN xidmət” yaradılsın.

Çünki tələbat artır və bəzən növbələr yaranır. Biz buna imkan verə bilmərik. Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik. Məktəb tikintisi gedir. 1 saylı xəstəxana mənim göstərişimlə artıq 5-6 ildir ki, təmirdən çıxıb. İndi 2 saylı xəstəxananın təmiri və əslində yenidən tikilməsi üçün vəsait ayrıldı. Biz bunu da edəcəyik”.

Oxşar xəbərlər

Son xəbərlər