Lerikdə su təchizatının yaxşılaşdırılmasına 1 milyon manat ayrılıb
                            
                                06
                                apr
                            
                                2018
                                19:20
                            
                            
                        Prezident İlham Əliyev Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Lənkəranda Olimpiya İdman Kompleksi tikiləcək - 12 milyon manat ayrılıb
Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in xəbərinə görə,...