İlham Əliyev Şirvan şəhərinin su təchizatı ilə bağlı sərəncam imzaladı

03
apr
2018
19:22
Prezident İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.BAKU.WS

Oxşar xəbərlər
Prezident Biləsuvarda xalça istehsalına pul ayırıb
Prezident İlham Əliyev Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sə...