Prezident Ağstafa şəhəri üçün “Azərsu”ya 4,6 milyon manat ayırıb
29
mar
2018
19:18
Azərbaycan prezidenti İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınmasına 10 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş...