Laçında ermənidən evinin 30 illik kirayə haqqını istədi

Laçında bir vaxtlar şəhərin ən gözəl evlərindən biri hesab olunan tikili uzun illər yad əllərdə qalıb. İndi isə əsl sahibinə qayıdıb.
BAKU.WS xəbər verir ki, söhbət Laçının ilk memarlarından biri olan Azər Məmmədova məxsus evdən gedir. O, bu evi Sovet dövründə memarlıq ənənələrini aşan üslubda inşa edib. Evin yerləşdiyi mövqe də çox özəldir – buradan Kəlbəcər, Şahbuz dağları, eləcə də Ermənistan və İran əraziləri görünür.
Sovet hakimiyyəti dönəmində laçınlılara Sibirə köçmək təklif olunsa da, Azər Məmmədov bu planı qəbul etməyərək doğma torpaqda qalmağı seçib.
1992-ci ildə Laçın işğal olunduqdan sonra onun evi yandırılıb və sonradan erməni ailəsi tərəfindən 28 il ərzində istifadə olunub. Bu il isə Azər Məmmədov evinə qayıdıb və onu təhvil alarkən 30 ilin kirayə haqqını tələb edib. Bu jest onun torpaq həsrətinə verdiyi bir etiraz kimi qiymətləndirilir.
BAKU.WS İTV xəbərin süjetini təqdim edir.
Oxşar xəbərlər
Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?
"2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Q...
