Laçında 842 kq çətənə bitkisi məhv edildi
29
iyn
2023
12:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Laçında 842 kq çətənə bitkisi məhv edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən ümumilikdə, çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Oxşar xəbərlər
Laçında bir tondan artıq çətənə kolu məhv edilib - FOTO
Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib. Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən m...