Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb
Sosial 163

Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.

BAKU.WS xəbər verir ki, bu barədə "report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, onlar bir müddət əvvəl Kürün rayon ərazisindən keçən hissəsində çayın suyunun tamamilə quruduğunun şahidi olublar:

"Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayın suyu tamamilə qurumuşdu. Çayın quruması isə rayon ərazisində su böhranı yaratmışdı. Martın 16-dan başlayaraq çayın qurumuş hissəsində suyun səviyyəsi qalxaraq 20-25 santimetrə qədər artıb".

Sakinlər suyun artmasını müxtəlif amillərlə izah ediblər.

Kürün Salyan hissəsində suyun səviyyəsinin artması ilə bağlı məsələyə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev aydınlıq gətirib.

Rəis müavini bildirib ki, Kürün sözügedən hissəsində suyun səviyyəsinin qalxmasının əsas səbəbi Mingəçevir su anbarıdır:

"Düzdür, son günlər ölkə ərazisində yağan intensiv yağışlar da suyun səviyyəsinin artmasına səbəb olur. Lakin həmin ərazidə suyun səviyyəsinin qalxması, anbardan buraxılan suyun həcminin 95 kubmetr/saniyəyə çatdırılması ilə əlaqədardır".

Oxşar xəbərlər

Alimlərdən həyəcan təbili: vəziyyət yaxın illərdə düzəlməyəcək

Alimlərdən həyəcan təbili: vəziyyət yaxın illərdə düzəlməyəcək

Azərbaycan alimləri Kür çayının suyunun azalmasının səbəblərini araşdırıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya...

280 Sosial 15:29 17 fevral 2022

Son xəbərlər