Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb
Sosial 11

Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artımı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, bu gün transsərhəd Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm artıb və hazırda çayda sululuq ongünlük normadan 30% çox, ötən il ilə müqayisədə isə 10 % çoxdur: "Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 14 sm artıb və hazırda sululuq normaya yaxın, ötən il ilə müqayisədə 8 % çoxdur. Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 9 sm artıb".

Mərkəz direktoru qeyd edib ki, bəzi yerli çaylarda da suyun səviyyəsində artım müşahidə olunub: "Oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam etməsi ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".

Oxşar xəbərlər

Son xəbərlər