Küçə həyatı yaşayan Natiq acı taleyindən danışdı - VİDEO

35 yaşlı Natiq Abdullayev başına gələn bədbəxt hadisə səbəbindən hazırda küçələrdə yaşayır. Həm də ayağı sınıq halda. Deyir ki, bir neçə il əvvəl onu avtomobil vurub və maşının sürücüsü onu xəstəxanaya aparsa da, heç bir köməklik etməyib. Xəstəxana xərclərini isə onu küçələrdən tanıyan insanlar qarşılayıblar.
Natiqin sözlərinə görə, əməliyyat zamanı ayağını 2 sm qısaldıblar. Hazırda ayağı bağlı olsa da, həkimlər onun ilin sonunadək sağalacağını deyiblər.
Ətrafda yaşayanlar da Natiqin uzun zamandır küçələrdə yaşadığını təsdiqləyirlər.
Sosial Xidmətlər Agentliyindən bildirildi ki, Natiq Abdullayevin vəziyyətini qiymətləndirmək üçün onun olduğu əraziyə əməkdaşlar göndəriləcək. Daha sonra onunla bağlı müvafiq tədbir görüləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...