Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ
Günümüzdə ev sahibi olmaq bir çox vətəndaşın əsas arzusudur. Məsələnin maddi imkana bağlı olması isə kredit amilini aktuallaşdırır. Lakin kreditlə yaşayış sahəsi almaq elə də asan məsələ deyil, çünki bu, uzunmüddətli borclanma deməkdir ki, onun da sərfəli olub-olmamasını gündəmə gəlir.
Bu baxımdan son illərdə ölkədə ev almaq istəyənlərin ixtiyarına dövlət və daxili kreditlər, bankların təklif etdiyi ipoteka kreditləri, satmaq öhdəliyi ilə kirayə mexanizmi və digər imkanlar verilib.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məsələyə münasibət bildirərək ən optimal variantı qeyd edib:
"Ən optimal proqram yaşayış sahəsi almaq üçün ipoteka proqramıdır. Xüsusilə güzəştli şərtlərlə təqdim olunan ipotekanın illik faiz dərəcəsi 4 %-dir. Bu proqramın əlçatanlığı nisbətən çətin olsa da, yaşayış sahəsi almaq üçün ən uyğunu hesab olunur", - deyə o vurğulayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Masazırda gecələr nə baş verir? - Nə kamera var, nə də ki...
Abşeron rayonu, Masazır qəsəbəsində yollar bərbad vəziyyətdədir. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə qəsəbə sakinləri bildiriblər. Qeyd edilir ki, Əliağa Vahi...