"Koroğlu" stansiyası yaxınlığında dəyişiklik
Metronun "Koroğlu” stansiyasının çıxışında sərnişinləri, eyni zamanda avtobus sürücülərini narazı salan vəziyyət yenidən yaranıb.
BAKU.WS-in məlumatına görə, Bakıda İslam Həmrəyliyi oyunları keçirilən zaman avtobuslar "Koroğlu” stansiyasının çıxışında xüsusi ayrılmış ərazidə dayanırdı. Həmin vaxt ərazidə sıxlıq da aradan qaldırılmışdı.
İndi isə vəziyyət yenidən əvvəlki halına qayıdıb. Avtobus və taksi sürücüləri idarə etdiyi avtomobilləri Heydər Əliyev prospektində saxlayır. Bu isə istər-istəməz tıxaca səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə bildirib ki, İslam Həmrəyliyi oyunları keçirilən zaman avtobuslar Milli Gimnastika Arenasının dayanacağına yönəldilmişdi.
"Oyunlar başa çatdıqdan sonra avtobuslar məcburən köhnə yerlərinə yönləndirildi. "Koroğlu” stansiyasının çıxışında yaranan vəziyyət diqqətdə saxlanılır”, - deyə BNA rəsmisi bildirib.
Murad Səmədov
BAKU.WS
Oxşar xəbərlər
9 marşrut xəttində dəyişiklik
Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik...