Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək
Bu gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün "Bakı-Sərnişin" stansiyasından "Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.
"Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, saat 18:00-dan 20:00-a kimi "Bakı-Sərnişin" stansiyasından "Koroğlu” dayanacağına yarım saatdan bir qatar işləyəcək.
Mərasim başa çatandan sonra - saat 23:30-dan saat 01:30-a kimi izləyicilərin "Koroğlu” dayanacağından "Bakı-Sərnişin" stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda elektrik qatarları tamaşaçıları pulsuz daşıyacaq
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-...