KOBİA WUF13-ün "Urban Expo" sərgisində iştirak edir

KOBİA WUF13-ün Urban Expo sərgisində iştirak edir
Foto
Sosial 17

Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Urban Expo" sərgisində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri təqdim edilir, onların fəaliyyəti barədə ziyarətçilərə məlumat verilir.

BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, KOBİA və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası birgə stendlə iştirak edirlər. Əsas məqsəd Azərbaycanın tikinti, şəhərsalma sahələrində əldə etdiyi nailiyyətlərin, innovativ yanaşmaların və yerli sahibkarların potensialının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Stenddə tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən yerli sahibkarların məhsul və xidmətləri nümayiş olunur, həmçinin KOBİA tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri və ölkədə tikinti biznesinin inkişafı üçün mövcud imkanlar barədə məlumat verilir. Şirkətlər öz fəaliyyət istiqamətləri, istehsal gücü, innovativ məhsul və xidmətləri, həyata keçirdikləri layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatlar edirlər, həmçinin maraqlı tərəflərlə işgüzar görüşlər keçirərək təcrübə mübadiləsi aparırlar.

WUF13 çərçivəsində keçirilən şəhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən "Urban Expo" sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur. Sərgidə ümumilikdə 41 ölkəni təmsil edən milli pavilyonlar nümayiş etdirilir. Onların ən böyüyü 1 500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər