Kimlərin 59 yaşından pensiyaya çıxacağı dəqiqləşdi - YENİ QƏRAR

Kimlərin 59 yaşından pensiyaya çıxacağı dəqiqləşdi - YENİ QƏRAR
Açıqlama
Sosial 4163

"Baş nazir güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olan vətəndaşlarımızın siyahısında dəyişikliklər edilməsi ilə bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin son qərarı ilə həmin siyahıda bir sıra dəyişikliklər həyata keçirilib".

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, operatorlar və metalloqlarla bağlı bütövlükdə yanaşmanın dəqiqləşdirilməsi və daha geniş miqyasda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olan vətəndaşlarımızın siyahısının təsdiq edilməsi həyata keçirilib:

"Praktiki olaraq bu, bir tərəfdən dəqiqləşdirmə xarakteri daşıyır. Digər tərəfdən, bu, imkan verəcək ki, güzəşt şərtlərlə pensiya çıxmaq hüququ olan vətəndaşlarımızın sayında artımlar müşahidə olunsun. Nəzərə alsaq ki, mövcud qanunvericiliyə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ bir sıra vətəndaşlarımıza şamil olunur. Onlar beş il daha tez pensiyaya çıxmaq hüququna malikdirlər. Əgər xanımlardırsa, 59 yaşında, kişilər isə 60 yaşında pensiya çıxmaq hüququ əldə edirlər.

Nazirlər Kabinetinin son qərarı birmənalı şəkildə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olan vətəndaşlarımızın sayının artmasına gətirib çıxaracaq. Yəni daha çox vətəndaşlarımız daha tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən peşə və vəzifələr siyahısında dəyişiklik edib.

Qərara əsasən, Qızıl otağında çalışan nəzarətçilər və operatorlar da artıq güzəştli pensiya hüququ verən peşələr siyahısına daxil edilib. Əvvəllər bu siyahıda yalnız emal, qırma, daşıma və topaqələviləşdirmə sahələrində çalışan nəzarətçilər və operatorlar var idi.

"Metallurq"lar isə fəhlə kimi bu siyahıdan çıxarılıb, lakin onlar artıq rəhbər və mütəxəssis kateqoriyası üzrə siyahıya daxil ediliblər. Yəni metallurqlar bundan sonra mütəxəssis kimi bu güzəştlərdən yararlana biləcəklər.

Orxan Hüseyn

Son xəbərlər