Kim Çen Inın çəkisindən danışmaq qadağan edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya prezidenti Kim Çen In bu dəfə də hər kəsi təəccübləndirməyi bacarıb.
BAKU.WS xəbər verir ki, tez-tez qəribə qadağaları ilə ajiotaja səbəb olan ölkə başçısı bu dəfə vətəndaşlara çəkisi haqqında danışmağı qadan edib.
Buna səbəb son zamanlar Kim Çen Inın xeyli arıqlaması və cəmiyyətdə prezidentin ağır xəstə olması ilə bağlı şayiələrin yayılmasıdır.
Koreya mətbuatının yaydığı məlumata əsasən, bu il ərzində Kim Çen In 20 kiloqram çəki atıb.
Bəzi mütəxəssislər prezidentin arıqlamasını yeni növ koronavirusa görə iqtisadi çətinlik dövrü yaşayan ölkənin vətəndaşlarına xəbərdarlıq mesajı olduğunu bildirib.
Bəziləri isə Kim Çen Inın ölkənin üzləşdiyi qida qıtlığına görə fikir çəkdiyindən arıqladığını bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...