Kələm sahələrdə qalıb - Fermerlər ÇARƏSİZDİR VİDEO
Məhsul bol, keyfiyyət yüksək, alıcı isə yox...
Bərdədən olan fermerlər deyirlər ki, bu il kələm əkini onları xərcə salıb.
Bərdə rayonunda qış əkini zamanı ən çox becərilən sahələrdən biri də kələmdir. Bir neçə il öncəyə qədər qış əkinindən yüksək gəlir əldə edən fermerlər indi becərdikləri məhsulu nə sahədən yığa, nə də yığdıqları məhsulu sata bilirlər. Əldə edilən gəlir isə çəkilən xərcdən 3 dəfə azdır.
Xarab olmaması üçün sahələrdən toplanan məhsullar isə yük maşınlarına və qoşqulara yığılsa da, alıcısı yoxdur.
Fermerlər onu da iddia etdilər ki, məhsullarını nəinki paytaxta, heç qonşu rayonların bazarlarına da çıxarıla bilmirlər. Yalnız rayon bazarında satışı həyata keçirilir ki, orada da məhsul olduqca aşağı qiymətə satılır.
Xəzər TV-nin mövzu ilə bağlı videomaterialını təqdim edirik:
Oxşar xəbərlər
Terrorçuluğu maliyyələşdirmə və cinayətkar birlikdə iştirakda təqsirləndirilən şəxsə hökm oxundu
Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılm...