Kəlbəcərə qar yağdı
Kəlbəcərə qar yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Gədəbəy, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.
O qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir.
Qalereya
Oxşar xəbərlər
DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi
Koroğlu parkı ətrafında aparılan təmir işləri ilə əlaqədar 5 avtobus xəttinin hərəkət sxemində dəyişiklik edilib. BAKU.WS xəbər verir ki, təmir işləri ilə əlaqə...