Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bakıda...
Bakı şəhəri ərazisində salınmış keçmiş məcburi köçkün qəsəbələrində mənzillərin və binaların dam örtüyü təmir ediləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən icra ediləcək.
Məqsəd qəsəbələrdə yerləşən yaşayış binalarının dam örtüklərinin bərpası və yenilənməsi ilə bu ərazilərdə yaşayan keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Layihənin ehtimal olunan dəyəri 199 998,84 manat təşkil edir.
Layihənin icrası nəticəsində məcburi köçkünlərin yaşadığı binalarda illərdir yığılıb qalan texniki problemlər həll ediləcək, yağış sularının binaya sızması və dam örtüklərinin çürüməsi kimi risklər də aradan qalxacaq.
Oxşar xəbərlər
KOBİA tərəfindən daha 18 KOB subyektinə startap şəhadətnaməsi verilib
Startap şəhadətnaməsi almaqla vergi güzəşti əldə etmiş sahibkarların sayı 238-ə çatıb. BAKU.WS xəbər verir ki, bununla bağlı startap şəhadətnaməsinin verilməsi...