Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı
Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.
BAKU.WS Qaynarinfo.az-a istinadla xəbər verir ki, rayonda fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.
Məlumat üçün deyək ki, "Murovdağ" şadlıq sarayı vergi qeydiyyatına "Adore Business" MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur.
Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən "Yamin" şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.
Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.
Oxşar xəbərlər
"Üç mərtəbə vəd etdilər, səkkizinci mərtəbəni tikirlər" - Masazır sakinlərindən ŞİKAYƏT
Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsində yaşayan sakinləri ərazidə aparılan tikinti işləri narahat edir. Sakinlərin bildirdiklərinə görə, tikinti şirk...