Kafe və restoranlarda nöqsanlar aşkar edildi

Kafe və restoranlarda nöqsanlar aşkar edildi
Sosial 732

Ötən gün ölkə üzrə ictimai iaşə obyektlərində 829 və mehmanxanalarda 68 monitorinq keçirilib.

Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyindən BAKU.WS-ə daxil olan məlumata görə, keçirilmiş monitorinqlər zamanı ictimai iaşə obyektlərində 21, mehmanxanalarda isə 5 nöqsan aşkar olunub.

İctimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 67 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 19 faizi tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür.

Mehmanxanalarda aşkar olunmuş nöqsanların 60 faizi mehmanxana daxilində xüsusi karantin otağının ayrılması ilə bağlı tələbə riayət olunmamasına görə qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər