İslam Səfərli küçəsində avtomobil yolu LƏĞV EDİLİR

İslam Səfərli küçəsində avtomobil yolu LƏĞV EDİLİR
Sosial 214

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır. İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda, müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.

Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həm də şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir.

Həmçinin İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.

İslam Səfərli küçəsində avtomobil yolu LƏĞV EDİLİR

İslam Səfərli küçəsində avtomobil yolu LƏĞV EDİLİR

Son xəbərlər