İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə biznesləri yaradılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə "Kiçik dərzi sexi", "Qadın gözəllik salonu", "Poliqrafiya xidmətləri" və "Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti" zərfləri üzrə aktivlər təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...