İşğal dövründə məhv edilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır
"Azərbaycanda tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
O, bildirib ki, Dövlət başçımızın sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas məscidinin təmir-bərpası üçün vəsait ayrılıb.
"Artıq Pir Həsən ziyarətgahında işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır. Burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır".
Sədrin sözlərinə görə, bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsində Heydər Əliyev Fondunun layihələri xüsusi yertutur.
"Fondun prezidenti, Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və diniabidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilir.Biz, ötən müddətdə bir çox uğurlara imza atmışıq. Dünyada multikultrulaizmin, bəşəriyyətin mədəni irsinə münasibətin ənyaxşı nümunələrdən birini yaratmağa müvəffəq olmuşuq".
Banu Hüseynli
Oxşar xəbərlər
Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib"
Azərbaycanın milli və dövlət dəyərlərinin bir hissəsi olan multikulturalizm ənənələri cəmiyyətin həyat tərzinə və dövlət siyasətinə çevrilib. BAKU.WS xəbər ver...