İş axtaran şəxslər üçün VACİB XƏBƏR - 2 min manat...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) formalaşdırılmış vakansiya bankı vasitəsilə həyata keçirilir.
BAKU.WS-in məlumatına görə, vakansiya bankı əmək bazarında şəffaflığın artırılması, işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqənin qurulması və məşğulluq tədbirlərinin operativ icrası baxımından mühüm mexanizm rolunu oynayır.
Sözügedən sistem dövlət-işəgötürən-vətəndaş münasibətlərində vahid platforma funksiyasını yerinə yetirir.
Dövlət Məşğulluq Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, işəgötürənlər yeni iş yeri yarandıqda və ya mövcud iş yeri boşaldıqda, ən geci 5 (beş) iş günü müddətində həmin vakant iş yeri barədə məlumatları ƏMAS-a daxil etməlidirlər:
"Bu mexanizm işəgötürənlərin vakant iş yerləri ilə bağlı məlumatları vaxtında təqdim etməsini təmin etməklə yanaşı, əmək bazarındakı real vəziyyətin izlənilməsi və məşğulluq siyasətinin formalaşdırılması üçün etibarlı məlumat bazası yaradır.
Vakansiya bankı dinamik sistemdir və yeni vakansiyalar daxil olduqca, həmçinin vakansiyalar üzrə işəgötürmə prosesi həyata keçirildikcə real vaxt rejimində yenilənir. Hazırda vakansiya bankında 60 mindən çox vakant iş yeri mövcuddur. Bu göstərici statik xarakter daşımır və əmək bazarındakı hərəkətliliyə uyğun olaraq gündəlik əsasda dəyişir.
Mövcud vakansiyalar əmək bazarının müxtəlif istiqamətlərini əhatə edir. Bunlara yaşayışın təşkili və ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, kənd təsərrüfatı, tikinti, emal sənayesi və digər sahələr daxildir. Vakansiyalar üzrə əməkhaqqı məbləğləri işəgötürənlər tərəfindən müəyyən edilir və vakant iş yerinin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əməkhaqqı aralıqları minimum əməkhaqqından başlayaraq 2000 manatadək, bəzi hallarda isə daha yüksək məbləğlərdə təklif olunur.
Boş iş yerləri ilə tanış olmaq istəyən vətəndaşlar Regional Məşğulluq filiallarına (Xidmət şöbələri daxil olmaqla) və ya DOST mərkəzlərinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin məşğulluq imkanları karyera məsləhətçiləri tərəfindən qiymətləndirilir, onların təhsil səviyyəsi, peşə bacarıqları, əmək təcrübəsi, əməkhaqqı gözləntiləri və yaşayış yeri nəzərə alınmaqla uyğun vakansiyalar üzrə göndərişlər təqdim olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Avtobusdan istifadə edənlər üçün VACİB XƏBƏR - Aylıq bilet, pulsuz tranzit, güzəştlər...
"Bu il "brutto müqaviləsi" ilə bağlı çox önəmli bir mərhələ olacaq. Çünki artıq yanvarın 1-dən etibarən bu müqavilə qüvvəyə minib. Ümumilikdə söhbət tamamilə ye...