İranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb
Yardımlıda polisin saxladığı iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə pros...