İmtahanda 12 nəfərdə mobil telefon aşkarlanıb
12
iyl
2026
14:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İlkin məlumatlara əsasən, 12 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.
Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...