İmişlidə Heydər Əliyev adına istirahət parkında aparılan yenidənqurma işləri yekunlaşdırılıb
İmişli şəhərinin mərkəzində yerləşən və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında aparılan əsaslı yenidənqurma və abadlaşdırma işləri tam şəkildə yekunlaşdırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, layihə çərçivəsində park ərazisində müasir üslubda səki daşları və döşəmə plitələri döşənib, ərazidə müasir standartlara cavab verən LED işıqlandırma sistemi qurulub, estetik görünüşlü oturacaqlar və gəzinti yolları sakinlərin istirahətinin daha rahat keçməsi üçün istifadəyə verilib.
Bundan əlavə, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində parkda müxtəlif növ dekorativ ağaclar və gül kolları əkilib, yeni landşaft dizaynı tətbiq olunub.
Görülən işlər parkın həm funksional, həm də estetik baxımdan müasir tələblərə cavab verməsini təmin edib, sakinlərin asudə vaxtlarını səmərəli və zövqlə keçirmələri üçün gözəl mühit yaradıb.
Qalereya
Oxşar xəbərlər
DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai Şuranın üzvləri ilə "Əmək münasibətlərində əməyin mühafizəsi və...