İcra başçısının müavini vəzifəsindən getdi
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini, jurnalist Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.
BAKU.WS xəbər verir ki, bu barədə o feysbuk hesabında bildirib.
Ruslan qeyd edib ki, səhhətindəki problemə görə vəzifəsindən ayrılıb:
"Mən iki ay əvvəl öz ərizəmlə, qarşılıqlı razılıq əsasında işdən azad olunmuşam. Səbəb səhhətimdə yaranan problemlərlə bağlıdır. Yıxıldığım üçün çanaq sümüyümdə çat yaranıb, bundan əlavə boyun nahiyəmdə yırtıq var. O səbəbdən iki gün sonra, mayın 16-da əməliyyat olunacağam. Hazırda da xəstəxanada müalicə və müayinələrim davam edir".
Xatırladaq ki, Ruslan Məmmədov ötən ilin mayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Bakıda mənzillərin kirayə qiymətləri ARTIB
Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyət...